Bank Of Baku

Lerikdə qaz xətti zədələnib, 455 abonent qazsız qalıb

Lerikdə qaz xətti zədələnib, 455 abonent qazsız qalıb
# 01 oktyabr 2019 09:46 (UTC +04:00)

Lerik rayonunda texnika qaz xəttini zədələyib.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər. Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb. Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR