Bank Of Baku

LNG-ə olan qlobal tələbat 50%-dək arta bilər - PROQNOZ

LNG-ə olan qlobal tələbat 50%-dək arta bilər - PROQNOZ
# 04 sentyabr 2024 16:02 (UTC +04:00)

Yaxın 6-7 il ərzində dünyada mayeləşdirilmiş təbii qaza (LNG) tələbat indiki 400 mln. tondan 600 mln. tona qədər arta bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

“Bu gün dünya LNG-yə aktiv şəkildə keçid edir, yaxın 6-7 il ərzində LNG-yə tələbat indiki 400-410 mln. tondan 580-600 mln. tona qədər arta bilər”, - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, növbəti 20 il ərzində LNG-yə tələbatın 700 mln. tona qədər artacağını gözləyir.

"Beləliklə, mayeləşdirilmiş təbii qaz ticarət baxımından boru kəməri qazını ötəcək”, - Pavel Sorokin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR