Bank Of Baku

LNG-yə qlobal tələbat 2040-cı il üçün 90% artacaq

LNG-yə qlobal tələbat 2040-cı il üçün 90% artacaq
# 21 fevral 2022 14:43 (UTC +04:00)

Dünyada mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti 2021-ci ildə 6% artaraq 380 mln. tona çatıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Shell" konserninin LNG bazarlarının inkişafı üzrə illik proqnozunda bildirilir.

Proqnoza əsasən, artım bir çox ölkənin koronavirus pandemiyasının iqtisadi nəticələrini aradan qaldırması ilə bağlıdır.

Şirkətin gözləntilərinə görə, 2040-cı il üçün LNG-yə qlobal tələbat 2021-ci ilə nisbətən 90% artacaq və 700 mln. tonu keçəcək. Bu tələbatın böyük hissəsi yerli qaz hasilatının azalması və regionda iqtisadi artım səbəbindən Asiyanın payına düşəcək. Bundan əlavə, tələbatın artımına havanın keyfiyyətini yaxşılaşdırmaq və karbon emissiyasının azaldılması hədəflərinə nail olmaq üçün ekoloji cəhətdə daha zərərli enerji daşıyıcılarının LNG ilə əvəzlənməsi də öz təsirini göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR