Bank Of Baku

"Lukoil": Qlobal neft istehlakı 2030-cu ilədək sabit olacaq

"Lukoil": Qlobal neft istehlakı 2030-cu ilədək sabit olacaq
# 17 dekabr 2021 12:41 (UTC +04:00)

Dünyada neft istehlakı 2030-cu ilə qədər sabit olacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Lukoil" şirkətinin vitse-prezidenti Leonid Fedun dünya energetikasının 2050-ci ilə qədər inkişaf perspektivlərinin təqdimatında deyib.

Şirkətin hesablamalarına görə, bunun ardınca Avropada, 2035-ci ildən isə ABŞ və Çində istehlakın kəskin azalması müşahidə olunacaq.

Eyni zamanda, L. Fedun qeyd edib ki, neftə olan tələbat mövcud layihələr hesabına ödənilməyəcək: "Sənayeyə çox az sərmayə qoyulur. Neft sənayesinə az sərmayə qoyulması neftin qiymətinin kəskin artmasına səbəb ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR