Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov və "KazMunayGaz" SC İdarə Heyətinin sədri Alik Aydarbayev Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən I-P-2 sahəsi üzrə saziş imzalayıblar.
Müqavilə tərəflərin qeyd olunan blokda yeraltı istifadə hüquqlarını əldə etmək üçün danışıqlar aparacağını nəzərdə tutur. Növbəti addım karbohidrogenlərin kəşfiyyatı və istehsalı üzrə müqavilənin bağlanması və sahədə işləmək üçün birgə müəssisənin yaradılmasıdır.
Fərqli illərdə I-P-2 blokunda 2D seysmik tədqiqatlar aparılıb. Sahədə suyun dərinliyi 300 netrdən 400 metrə qədərdir. Bloka ən yaxın liman Aktau limanıdır.