Macarıstan şirkəti: Azərbaycanla enerji sahəsində çox yaxın əməkdaşlıq edirik

Macarıstan şirkəti: Azərbaycanla enerji sahəsində çox yaxın əməkdaşlıq edirik
# 06 iyun 2024 10:05 (UTC +04:00)

Azərbaycanla Macarıstan arasında dərin dostluq var və biz enerji sahəsində çox yaxın əməkdaşlıq edirik.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "MVM Group"un CEO-su Karoly Tamas Matrai deyib.

O bildirib ki, Macarıstan üçün təbii qaz çox vacibdir.

"Azərbaycanla əməkdaşlıq etdiyimiz üçün fəxr edirik. Dünən biz SOCAR-la çox önəmli müqavilə imzaladıq. Macarıstanın dövlət şirkəti MVM artıq Şahdənizdə 5% paya malikdir"- Karoly Tamas Matrai əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR