Markus Krebber: Avropa enerji təchizatı məsələsində hələ də həssasdır

Markus Krebber: Avropa enerji təchizatı məsələsində hələ də həssasdır
# 04 dekabr 2023 12:52 (UTC +04:00)

Avropa hələ də boru kəmərlərində və ya mayeləşdirilmiş təbii qaz (LNG) terminallarında mümkün nasazlıqların öhdəsindən gəlmək üçün lazımi enerji ehtiyatlarına malik deyil.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın RWE enerji şirkətinin rəhbəri Markus Krebber bildirib.

“Ona görə də hesab edirəm ki, [itirilmiş] Rusiya qazını tamamilə əvəz etmək üçün idxal qabiliyyətini artırmaq lazımdır”, - Markus Krebber əlavə edib.

Onun sözlərinə görə, bu il Avropa enerji baxımından keçmişlə müqayisədə bu il daha yaxşı vəziyyətdədir və qaz anbarlarının dolumluluğu maksimum səviyyəsindədir.

Hazırda Avropanın yeraltı anbarları 99,45% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,04 faiz bəndi çoxdur), onlarda 109,64 mlrd. kubmetr qaz var.

Avropada istilik mövsümü 2023-cü il noyabrın 7-də (son payız-qış mövsümündən bir həftə tez) başlayıb və həmin andan etibarən Aİ ölkələri 346 milyon kubmetr qazı anbardan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR