Bank Of Baku

Martda “Urals” nefti ucuzlaşıb

Martda “Urals” nefti ucuzlaşıb
# 01 aprel 2022 15:42 (UTC +04:00)

Bu ilin mart ayında Rusiyanın ixracının əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 89,05 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin mart göstəricisi (63,62 dollar) ilə müqayisədə 1,4 dəfə çoxdur.

APA-Economics”in Rusiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin fevral ayı (92,15 dollar) ilə müqayisədə martda “Urals”ın qiyməti 3,4% azalıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-mart aylarında “Urals” neftinin orta qiyməti 88,95 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 59,8 dollar səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR