Paşha Bank
Bank Of Baku

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırılması gələn il başa çatacaq

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov

© APA | Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov

# 25 sentyabr 2026 16:39 (UTC +04:00)

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırılmasının 2027-ci ilin mayında başa çatdırılması gözlənilir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə işlər sürətlə davam edir.

Onun sözlərinə görə, layihənin 2032-ci ildə istismara verilməsi planlaşdırılır.

Pərviz Şahbazov qeyd edib ki, layihənin həyata keçirilməsi Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Azərbaycan üzərindən regional və Avropa bazarlarına çıxarılması üçün imkanlar yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR