Bank Of Baku

“Mərkəzi Azəri” platformasından indiyədək 1 mlrd. bareldən artıq neft hasil edilib

“Mərkəzi Azəri” platformasından indiyədək 1 mlrd. bareldən artıq neft hasil edilib
# 25 iyul 2024 09:23 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli”(AÇG) yatağının tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən “Mərkəzi Azəri” platformasından 1 iyul 2024-cü il tarixinədək 1,11 mlrd. barel neft və 85,95 mlrd. kubmetr səmt qazı hasil edilib.

SOCAR-dan “APA-Ecmonics”ə verilən məlumata görə, AÇG-nin tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən “Mərkəzi Azəri” Bakıdan 100 km şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 m olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış platformasıdır.

“1 iyul 2024-cü il tarixinədək AÇG yatağından hasil olunan neftin 25,22%-i, səmt qazının isə 38,56%-i “Mərkəzi Azəri” platformasının payına düşüb”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR