Pensilvaniyada qazılan quyudan 12 il əvvəl ilk neft quyusu Azərbaycanda Bibiheybətdə qazılıb. İlk qazılan quyudan 180 il sonra hələ də Bibiheybətdə nasoslar işləyir. Çünki köhnə yataqlar heç vaxt yox olmur, yeni insanlar gəlib texnologiyalardan istifadə edərək köhnə quyulara yeni nəfəs verirlər.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda "GL Group"-un Məşvərət Şurasının üzvü Qilbert Bühler çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda köhnə quyulara yeni nəfəsin verilməsi çox böyük fürsətdir və imkandır. Çünki Azərbaycanda belə quyular həddən artıq çoxdur.
O qeyd edib ki, Azərbaycanda neft sənayesi 180 ildir ki, başlayıb, hələ də öz uğurunu qoruyub saxlaya bilməkdədir.