Bank Of Baku

“Meta” yeniyetmələrə zərərəli informasiyalar ötürməkdə günahlandırılıb

“Meta” yeniyetmələrə zərərəli informasiyalar ötürməkdə günahlandırılıb
# 08 noyabr 2023 13:25 (UTC +04:00)

“Facebook” və “Instagram” sosial şəbəkə platformalarının sahibi olan “Meta” şirkəti yeniyetmələrə zərərli məlumatlar ötürməkdə təqsirləndirilib.

"APA-Economics" xarici mediaya istinadən xəbər verir ki, 2009-2015-ci illərdə “Facebook”un aparıcı mühəndis komandasının sabiq direktoru, 2019-2021-ci illərdə “Instagram”da məsləhətçi olaraq çalışan Arturo Bejar ABŞ Senatının Məxfilik, Texnologiya və Hüquq üzrə Məhkəmə Alt Komitəsi qarşısında verdiyi ifadədə də bildirib ki, “Meta”nın yüksək səviyyəli rəsmiləri yeniyetmələrə ötürülən zərərin qarşısını almaq üçün lazımi tədbirlər görməyiblər.

“Facebook”un sabiq əməkdaşı bildirib ki, “Meta” rəhbərliyi yeniyetmələr arasında geniş yayılan zərərlərdən xəbərdar olsa da, bunu aradan qaldırmaq üçün adekvat tədbirlər görməkdən imtina edib.

Yeniyetmə qızına oğlan istifadçilər tərəfindən zərərli məzmunda müxtəlif informasiya və fotoların göndərildiyini deyən “Facebook”un sabiq direktoru onu da vurğulayıb ki, mövcud vəziyyətlə bağlı Mark Zukenberqə email üzərindən məktub ünvanlasa da, heç bir cavab ala bilməyib.

Mütəxəssis bu sosial şəbəkə platformalarının istifadəçiləri olan 13-15 yaşlı yeniyetmələr arasında da sorğu keçirib. O bildirib ki, sorğu iştirakçılarının 13 faizi cinsi mövzuda açıq-saçıq məzmunlarla rastlaşdıqlarını bəyan ediblər. Onların 26 faizi isə bu sosial şəbəkələrdə şəxslərə qarşı ayrı-seçkiliyin şahidi olduqlarını bildiriblər.

Qeyd edək ki, hüquq müdafiəçiləri də bu illər ərzində “Meta”nın hansısa qabaqlayıcı addım atmadığını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR