Ötən il karbohidrogenlərlə bağlı əməliyyatlardan yaranan bütün sızan metan qazı tutulub və satılsaydı, bazar əlavə 180 mlrd. kubmetr sərbəst təbii qaz həcmləri ilə təmin oluna bilərdi.
Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir.
"Bu, Avropanın enerji sektorunda istifadə edilən bütün qaza bərabərdir və bugünkü bazar gərginliyini azaltmaq üçün kifayət qədər çoxdur", - məlumatda qeyd olunur.
Qeyd olunur ki, karbohidrogen əməliyyatlarından yaranan metan emissiyalarının intensivliyi ölkədən ölkəyə kəskin şəkildə dəyişir. Bu sahədə lider olan və geridə qalan ölkələr arasında 100 dəfədən çox fərq müşahidə olunur.
Vurğulanır ki, əgər bütün hasil edən ölkələri Norveçin emissiya intensivliyinə (dünyada bu sahə üzrə ən qabaqcıl ölkə – red.) uyğunlaşsaydı, neft və qaz əməliyyatlarından qlobal metan emissiyaları 90%-dən çox azalardı.