Bank Of Baku

MM komitə sədri: “Sənayedə yeni yanaşmalara ehtiyac yaranıb”

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

# 15 mart 2022 12:47 (UTC +04:00)

“Özəl investisiyaların təşviq edilməsi, investisiya cəlb edilməsində vahid pəncərə və agentlərin rolundan istifadə edilməsini faydalı hesab edirik. Əlavə olaraq emal sənayesinin və sənayedə bir-birini tamamlayan həlqələrin yaradılması üçün daha sürətli qərarlara və yeni yanaşmalara ehtiyac yarandığını da xüsusi vurğulamaq istərdim”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, 2021-ci il üçün dövlət büdcəsi gəlirlərinin, o cümlədən yerli gəlirlərin proqnozdan artıq icra olunması müsbət haldır: “Bütün funksional təsnifat üzrə büdcə xərclərinin ümumilikdə 96.1% icra olunmasını qənaətbəxş hesab etsək də, icra zamanı ayrı-ayrı orqanlar tərəfindən keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılmasını vacib sayırıq. Vəsaitlərə qənaət etməyin vacibliyini vurğulamaqla yanaşı, qeyd etmək istərdim ki, müasir iqtisadiyyatda qənaət paylayıcı funksiya yerinə yetirir və o xərclərin azaldılmasından daha çox seçimlərin dəyişdirilməsindən ibarət olur.

Bununla yanaşı, 2021-ci ildə dövlət büdcəsinin icrasında dayanıqlılığın qorunub saxlanmasını yüksək qiymətləndiririk. Maliyyə büdcə sisteminin təkmilləşməsi sahəsində görülən işlər, nəticə əsaslı büdcə sisteminə keçid ilə bağlı görülən işləri müsbət dəyərləndirməklə yanaşı bu sahədə daha çox işlərin görülə biləcəyinə inanırıq”.

Parlamentin komitə sədri qeyd edib ki, Hesablama Palatasının dövlət qurumlarında apardığı auditlərin təhlili göstərir ki, büdcə vəsaitlərinin planlaşdırılması, hədəflərin müəyyən edilməsi, hesabatlılığın artırılması, xərclənmə zamanı şəffaflığın yüksəldilməsi istiqamətində davamlı işlərin görülməsinə ehtiyac var: “Eyni zamanda, büdcədən ayrılan dotasiyaların vacib iqtisadi rol oynadığını qəbul edərək, bəzi dotasiyaların xidmətləri təklif edənə deyil, xidmətləri istehlak edənlərə yönəldilməsinin faydalı ola biləcəyini qeyd etmək istərdim”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR