Naftalan neftinin ilkin balans ehtiyatı 1 milyon 165 min ton olub, ilkin çıxarıla bilən ehtiyatları 117 min tondur. Naftalan neftinin 52 faizi çıxarılıb.
APA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.
O bildirib ki, qalıq balans ehtiyatı 1 milyon 109 min ton, qalıq çıxarıla bilən ehtiyat isə 61 min ton ehtiyat təşkil edir: "Hazırda Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə edilməsi nəzərdə tutulub. İlk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılmasını planlayırıq".