Naxçıvan ötən il 275 mln. kubmetr qazla təmin olunub

Naxçıvan ötən il 275 mln. kubmetr qazla təmin olunub
# 05 mart 2024 15:40 (UTC +04:00)

Ötən il Azərbaycanda daxili bazara 12,3 mlrd. kubmetr təbii qaz yönəldilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabata əsasən, bununla yanaşi 2023-ci ildə daxili bazara 2 465 min ton maye qaz yönəldilib. Öz növbəsində, əhali istehlakçılarına hesabat dövründə 3,9 mlrd. kubmetr qaz göndərilib.

"Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikasi 275,5 mln. kubmetr təbii qazla təmin olunub", - hesabatda qeyd olunur.

Vurğulanıb ki, 2023-cü ildə qaz İtkilərinin azaldıısı məqsədilə şəbəkədə yenidənqurma işləri aparılıb, qaz xətləri əsaslı təmir edilib, istismar müddəti bitmiş sayğaclar yenisi ilə əvəz edilib, itkilər isə 1,9% təşkil edib.

"Qaz təchizatı sisteminin etibarlılığını artırmaq, ötürücülük imkanlarını genişləndirmək və idarə olunmasını daha da təkminləşdirmək üçün əlavə yenidənqurma və modemizasiya işləri aparılıb, müasir nəzarət-ölçü sistemləri tətbiq olunub. 591 km müxtəlif diametrli yeni boru xətləri çəkilib, 320 km uzunluğunda qaz xətləri isə əsaslı təmir olunub", - hesabatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR