Naxçıvan Muxtar Respublikası ərazisində dövlət balansına alınmış qeyri-filiz faydalı qazıntı yataqları üzrə geoloji təftiş işləri aparılacaq, həmin yataqların qalıq ehtiyatlar hesablanacaq, yeraltı suların monitorinqi keçiriləcək.
APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə bununla əlaqədar “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Naxçıvan Muxtar Respublikası üzrə geoloji-kəşfiyyat işlərinin Dövlət Sifarişi” təsdiqlənib.