Bank Of Baku

Nazir: “Azərbaycan praktiki olaraq enerji transformasiyası prosesindədir”

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 12 oktyabr 2022 16:39 (UTC +04:00)

Azərbaycan ənənəvi neft-qaz istehsal edən ölkə olaraq bu gün yaşıl enerji sahəsində ciddi tədbirlər görür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“Biz artıq praktiki olaraq müvafiq sənədləri imzalamışıq, Azərbaycanda xarici investisiyanın hesabına 4700 MVt gücündə külək və günəş enerjisi stansiyasının qismən tikintisinə başlamışıq. Sonrakı mərhələdə biz daha 6 QVt reallaşdırmağa hazırlaşırıq. Azərbaycanda quruda günəş və külək enerjisi üçün böyük potensial var, bu 26 QVt enerjidir. Xəzər dənizinin Azərbaycan sektorunda isə daha böyük həcmdə günəş-külək enerjisi üçün potensialımız var. Hansı ki, biz bundan daxili ehtiyacları ödəmək, eyni zamanda tərəfdaşlarımıza və qonşularımıza ixrac etməyi reallaşdırmağı düşünürük. Biz bu cür layihələr üzərində işləyirik. Bu isə o deməkdir ki, praktiki olaraq enerji transformasiyası prosesindəyik”, - Azərbaycanın energetika naziri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR