Nazir: Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 48 faiz artıb

Nazir: Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 48 faiz artıb
# 01 dekabr 2023 20:32 (UTC +04:00)

Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 48 faiz artıb.

APA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Rumıniyanın Milli Gününə həsr olunmuş tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 48 faiz artaraq 526 milyon dollar olub.

"Burada 56,5 faiz pay xam neft və neft məhsullarına məxsusdur. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir. SOCAR-ın Rumıniyada genişlənən fəaliyyəti, 28 regionunda 74 yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu ikitərəfli faydalı enerji əlaqələrinin göstəricisidir. Enerji əməkdaşlığımız şaxələnməklə yanaşı, ümumavropa miqyası qazanır", - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR