Bu vaxta qədər neft-qaz sektorunda 89 milyard dollar xarici sərmayə qoyulub.
APA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, "Azəri-Çıraqlı-Günəşli" və "Şahdəniz"dən 615 milyon ton neft, 42 milyon ton kondensant, 399 milyard kubmetr qaz çıxarılıb.
"613 milyon ton neft və 135 milyard kubmetr qaz ixrac olunub, 176 milyard dollar gəlir əldə edilib" - deyə o qeyd edib.