Bank Of Baku

Nazir: Macarıstan Rusiyadan qaz tədarükünü azaltmağa çalışmır

Nazir: Macarıstan Rusiyadan qaz tədarükünü azaltmağa çalışmır
# 16 oktyabr 2023 12:44 (UTC +04:00)

Qaz tədarükünün şaxələndirilməsi istiqamətində atılan addımlar Budapeştin Rusiyadan tədarükünü azaltmaq niyyətində olması demək deyil.

APA-Econoics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Bizim üçün diversifikasiya o demək deyil ki, biz bir təchizatçını digəri ilə əvəz edək”, - nazir qeyd edib.

Peter Siyarto izah edib ki, Budapeşt üçün bu, ilk növbədə, müxtəlif mənbələrin olması deməkdir və Azərbaycan və ya Türkiyə ilə danışıqlar aparıldıqda, Rusiyadan nəql olunan qazın azaldılmasından söhbət getmir.

Nazir qeyd edib ki, "Qazprom"la müqavilə ildə 4,5 mlrd. kubmetr qaz tədarükünü nəzərdə tutur, Macarıstanın qaza ehtiyacı isə 10 mlrd. kubmetrdir.

“Aydındır ki, “Qazprom” və Macarıstan arasında razılaşmalara əlavə olaraq, bazardan alqı-satqı və ya başqa müqavilə ilə təmin edilməli olan tələbat var. Təbii ki, ölkənin qaza olan tələbatının əhəmiyyətli bir hissəsi Rusiya tədarükləri hesabına ödənilir”, - Peter Siyarto vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR