Bank Of Baku

Nazir müavini: Elektroenergetika modelinin dayanıqlılığı böyük maliyyə yükü hesabına təmin olunur

Nazir müavini: Elektroenergetika modelinin dayanıqlılığı böyük maliyyə yükü hesabına təmin olunur
# 21 fevral 2023 17:03 (UTC +04:00)

“Elektroenergetika haqqında” yeni qanun layihəsi Azərbaycanın energetika sistemində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üçün hüquqi zəmin yaradacaq”.
APA-nın xəbərinə görə, bunu bu gün də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında energetika nazirinin müavini Samir Vəliyev bildirib.
Müstəqilliyin ilk illərində formalaşdırılmış hazırkı elektroenergetika modelinin çatışmazlıqlarından danışan nazir müavini mövcud modelin resurslardan səmərəli istifadəni tam stimullaşdırmadığını, onun dayanıqlılığının dövlətin böyük maliyyə yükü hesabına təmin olunduğunu qeyd edib. Hazırkı sistemin özəl investisiyalar üçün də əlverişli olmadığını söyləyən nazir müavini, yeni qanun layihəsinin energetika sahəsində rəqabətli mühit yaradacağından, investisiyaları və yeni texnologiyaları cəlb edəcəyindən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR