Bank Of Baku

Nazir müavini: Enerjinin ötürülməsi üçün başqa dövlətə ehtiyac yoxdur

Nazir müavini: Enerjinin ötürülməsi üçün başqa dövlətə ehtiyac yoxdur
# 03 aprel 2023 11:57 (UTC +04:00)

Günəş radiasiyası üzrə Azərbaycanda ən yaxşı şərait Naxçıvan Muxtar Respublikasındadadır.

APA-Economics" xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Araz çayında suyun miqdarının qaneedici olmağına baxmayaraq hazırda Naxçıvanda iki su elektrik stansiyası tikilir.

Nazir müavini vurğulayıb ki, Naxçıvanda bəzi illərdə bərpa olunan enerjidən alınan elektrik, qazdan alınan enerjidən çox olub.

Elnur Soltanov onu da bildirib ki, Naxçıvanın Türkiyəyə birbaşa çıxışı var və ortada enerjinin ötürülməsi üçün başqa dövlətə ehtiyac yoxdur: “Buna görə Naxçıvan büdcəsinə töhfələr verəcək təkliflər olacağını gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR