Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, 2021-ci il ərzində sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88,3% çoxdur.