Bank Of Baku

Nazir: Qlobal əməkdaşlığa nail olmaq üçün BEA ilə birgə fəaliyyəti razılaşdırdıq

Nazir: Qlobal əməkdaşlığa nail olmaq üçün BEA ilə birgə fəaliyyəti razılaşdırdıq
# 03 iyun 2024 12:59 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla görüşüb.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla neft-qaz bazarındakı vəziyyət, Azərbaycanın Avropanın enerji təchizatında mövcud və gələcək rolu, həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlər üzrə əməkdaşlığa dair maraqlı müzakirələrimiz oldu. Azərbaycanın yaşıl enerji zonası, yaşıl enerjiDəhlizi təşəbbüslərinin təbliği, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri və enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün BEA ilə birgə fəaliyyəti razılaşdırdıq”, - paylaşımda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR