Türkiyə qaz ticarəti platformasını beynəlxalq səviyyəyə çıxarmaq üçün Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparır.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda bildirib.
“Biz qaz ticarəti platformasının yaradılması yolu ilə qaz bazarında islahatlar aparmağa çalışırıq. Biz bu səriştəni daha da inkişaf etdirmək, onu təkmilləşdirmək və bu təşəbbüslə beynəlxalq səviyyəyə çıxmaq istərdik, ona görə də indi bu qaz ticarət platforması barəsində “Qazprom”la əlaqə saxlayırıq”, - Alparslan Bayraktar qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin son məqsədi bazarda rəqabət mühiti yaratmaqdır.