Azərbaycan elektrik enerjisinin istehsalını 30 mlrd. kVt-saata çatdıracaq.
"APA-Economics" xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Sənaye və energetika” şöbəsinin müdiri, professor Elşən Hacızadə Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunmuş “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda bildirib.
Onun sözlərinə görə, son iyirmi ildə Azərbaycan iqtisadiyyatı üç dəfə, elektroenergetika sahəsi 2,5-3 dəfə artıb.
Elşən Hacızadə onu da qeyd edib ki, hazırda ölkənin enerji potensialı 7 200 meqavatdır, bu ilin axırında və ya yaxın bir il ərzində elektrik enerjisi istehsalı 30 mlrd. kVt-saata çatacaq.
Şöbə müdiri əlavə edib ki, hazırda ölkədə elektrik enerjisinin illik istehsalı 27-28 mlrd. kVt-saat civarındadır.