Qazaxıstan bu il öz neftinin 50 milyon tondan çox hissəsini CPC neft kəməri ilə nəql edib.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin alternativ yolların inkişafına toxunulub. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan xətti ilə ildə 1,5 milyon ton, Rusiyanın "Drujba" sistemi ilə Almaniyaya ildə 1,2 milyon ton, Ahəmçinin zərbaycanla Bakı-Supsa neft kəməri ilə nəqletmə məsələləri də müzakirə olunur.
Qeyd edək ki, CPC Rusiya, Qazaxıstan və dünya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihədir.
Əhməd Əkbərov