Bank Of Baku

Nazirlik: “OPEC+” iştirakçıları hasilatın könüllü azaldılması öhdəliklərini yerinə yetirir

Nazirlik: “OPEC+” iştirakçıları hasilatın könüllü azaldılması öhdəliklərini yerinə yetirir
# 03 noyabr 2023 15:13 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirakçıları neft hasilatını könüllü şəkildə azaltmaq üzrə öhdəliklərini yerinə yetirir.

Bu barədə “APA-Economics” Rusiyanın Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

“Rusiya Federasiyası Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC (OPEC+) ölkələrinin enerji bazarını sabitləşdirmək üçün könüllü səylərində tam iştirak etməyə davam edir. Hazırda bu razılaşmada iştirak edən ölkələr, o cümlədən Rusiya Federasiyası neft hasilatını könüllü şəkildə azaltmaq üzrə öhdəliklərini yerinə yetirir”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, razılaşma çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR