Bank Of Baku

Neft bazarında növbəti qiymət yarışı gözlənilir - PROQNOZ

Neft bazarında növbəti qiymət yarışı gözlənilir - PROQNOZ
# 14 dekabr 2022 13:48 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) Rusiya neft və neft məhsullarına tətbiq olunan embarqonun təsiri fonunda 2023-cü ildə neft bazarında növbəti qiymət rallisini (ticarətin artımı və qiymətlərin sürətli yüksəlməsi – red.) istisna etmir.

Bu barədə "APA-Economics" Agentliyin aylıq hesabatına istinadən xəbər verir.

"Neft qiymətlərinin azalması artan inflyasiya ilə üzləşən istehlakçılar üçün xoş rahatlıqdır, lakin Rusiya nefti və neft məhsullarına qarşı embarqonun tam təsiri hələ də tam hiss olunmur. Qış ayları keçdikcə və 2023-cü ilin ikinci rübündə neft balansları sərtləşdikcə, daha bir qiymət artımı istisna oluna bilməz”, - hesabatda bildirilir.

Qeyd olunur ki, Bu ilin noyabr ayında qlobal gündəlik neft tədarükü beş ayda ilk dəfə olaraq OPEC+ sazişi çərçivəsində Körfəz ölkələrinin hasilatın azaldılmasına başlamasından sonra 190 min barel azalaraq 101,7 mln. barelə enib. Eyni zamanda, BEA-nın məlumatına görə, neftə olan gündəlik tələbat 2022-ci ildə 2,3 mln. barel artacaq və 99,9 mln. barelə çata bilər, 2023-cü ildə isə 1,7 mln. barel artaraq 101,6 mln. barel təşkil edə bilər.

Xatırladaq ki, dekabrın 5-də Rusiya neftinin Aİ ölkələrinə dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Həmçinin, Aİ ölkələri, G7 və Avstraliyanın dəniz yolu ilə tədarük edilən Rusiya neftinin tənzimlənən qiymət limitinin bir barel üçün 60 dollar səviyyəsində olması və Rusiya neftinin bu həddən yuxarı daşınmasına və sığortalanmasına qadağa qoyulmasına dair qərarı da qüvvəyə minməyə başladı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR