Bank Of Baku

Neft Fondu “Şahdəniz”dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

Neft Fondu “Şahdəniz”dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
# 04 noyabr 2023 12:43 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 183 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,15% azdır.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 209 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.11.2023 tarixinə) 259,554 mln. ABŞ dolları olub, bu da isə 21% azalma deməkdir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ARDNF kondensatın satışından 328,567 mln. ABŞ dolları əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR