Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə gəlirləri proqnozlaşdırılandan 2 dəfəyə qədər çox olub.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrasında əksini tapıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası, gəlirlər 15 985 652,3 min manat, xərclər 11 382 683,9 min manat və ya Fondun 2021-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla təsdiqlənib.