Bank Of Baku

Neft Fondunun “Şahdəniz”dən gəlirləri kəskin artıb

Neft Fondunun “Şahdəniz”dən gəlirləri kəskin artıb
# 17 aprel 2025 15:26 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) gəlirləri 2 183,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,85% azdır.

APA-Economics”in ARDNF-nin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 001,6 mln. manat, “Şahdəniz” yatağından isə 181,9 mln. manat məbləğində vəsait daxil olub.

Qeyd etmək lazımdır ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında qeyd olunan göstəricilər müvafiq olaraq 18,7% azalıb və 36,3% artıb.

Hesabata əsasən, 2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 mln. manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 mln. manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR