Bank Of Baku

Neft qiymətləri 2025-ci ilədək 80 dollardan yuxarı səviyyədə qalacaq - PROQNOZ

Neft qiymətləri 2025-ci ilədək 80 dollardan yuxarı səviyyədə qalacaq - PROQNOZ
# 13 aprel 2023 10:54 (UTC +04:00)

Çinin “sıfır-Covid” siyasətindən imtina etməsi orta müddətli perspektivdə neft qiymətlərinə yuxarı təzyiq göstərəcək.

Bu barədə “APA-Economics” Böyük Britaniyanın “Economist Intelligence Unit” tədqiqat və təhlil mərkəzinin hesabatına istinadən xəbər verir.

“Biz gözləyirik ki, qlobal əmtəə qiymətləri bu il 2022-ci ildəki zirvələrdən enməyə davam edəcək, lakin müharibədən (Rusiya-Ukrayna münaqişəsi – red.) əvvəlki səviyyələrdən xeyli yuxarı qalacaq. Bununla belə, Çinin “sıfır-Covid” siyasətindən geri dönməsi orta müddətli perspektivdə neft qiymətlərinə yuxarı təzyiq göstərərək 2025-ci ilə qədər onları bir barel üçün 80 ABŞ dollarından yuxarı səviyyədə saxlayacaq”, - hesabatda bildirilir.

Qeyd olunur ki, Avropa İttifaqının Rusiya neftinin dənizdən idxalına qadağası (fevral ayında tam qüvvəyə minib) və Çinin koronavirusdan sonra açılması bazardakı gərginliyi daha da artıracaq.

“Economist Intelligence Unit”in mütəxəssislərinin proqnozlarına əsasən, Avropa qaz qiymətləri 2023-2024-cü illərdə tədricən azalacaq, lakin 2019-cu il səviyyəsindən yuxarı qalacaq, bu da əhali və biznesə təsir edəcək.

“Qərbin sanksiyalarının mümkün sərtləşdirilməsi (məsələn, Rusiyanın emal olunmuş neftinə qarşı) qiymət dəyişkənliyini gücləndirməyə davam edəcək”, - hesabatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR