Bank Of Baku

Neft qiymətlərinin həftəlik artımı ikiillik maksimuma çatıb

Neft qiymətlərinin həftəlik artımı ikiillik maksimuma çatıb
# 05 mart 2022 14:19 (UTC +04:00)

Dünya neft qiymətləri son iş həftəsini demək olar ki, iki ilin ən yüksək artımı ilə başa vurub.

"APA-Economics"in ticarət göstəricilərinə istinadən verdiyi xəbərə görə, həftənin nəticələrinə əsasən, "Brent" markalı neftin qiyməti 14,5% artaraq bir barelə üçün 118,11 ABŞ dolları təşkil edib. WTI markalı neftin qiyməti isə 20,9% artaraq 115,68 dollara çatıb.

Qeyd edək ki, belə həftəlik dinamika sonuncu dəfə 2020-ci ilin may ayında qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR