Neft yaxın iki ildə 10 dollar ucuzlaşacaq - PROQNOZ

Neft yaxın iki ildə 10 dollar ucuzlaşacaq - PROQNOZ
# 14 may 2024 10:46 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" "ING Group"un may ayı üzrə proqnozuna istinadən xəbər verir.

Belə ki, "ING Group" 2024-cü il üzrə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 86 ABŞ dollarından 85 dollaradək endirib.

Proqnoza əsasən, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 80 dollar təşkil edəcəyi ehtimal olunur (proqnoz dəyişməyib).

Bundan başqa "ING Group" “Brent”in 2026-cı il üçün proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 75 dollar səviyyəsində olacağı ehtimal olunur.

Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR