Bank Of Baku

Neftçalanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Neftçalanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq
# 14 noyabr 2023 16:23 (UTC +04:00)

Sabah Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar 15.11.2023-cü il tarixində saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR