Neftə olan qlobal tələbat böhrandan əvvəlki səviyyəyə çatıb.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Qazprom Neft"in rəhbəri Aleksandr Dyukov deyib.
"Neftə tələbat bərpa olunur, deyə bilərik ki, o, böhrandan əvvəlki səviyyəyə çatıb. Qlobal iqtisadiyyat yeni ştammlara baxmayaraq, bərpa olunur", - Dyukov bildirib.
O, bazardakı vəziyyəti şərh edərkən deyib: "Dünyada neftin qiyməti hazırda yüksəkdir. Burada müxtəlif amillər var – bazar və siyasi. Təbii, yüksək qiymətlər istehsalçını sevindirməyə bilməz, lakin biz başa düşürük ki, uzunmüddətli sabitlik daha vacibdir. Qiymətlər həddən artıq artdıqda, bunun ardınca kəskin eniş dövrü baş verə bilər. Bu, şirkətlərin investisiya qərarlarına təsir edəcək. Yenə də sabitlik daha vacibdir".