Bank Of Baku

Neftin qiyməti gələn il hazırkı səviyyədə qala bilər

Neftin qiyməti gələn il hazırkı səviyyədə qala bilər
# 24 dekabr 2021 14:44 (UTC +04:00)

Hazırda neftin bir barelinin qiyməti 75 ABŞ dolları civarında kifayət qədər sabitdir və çox güman ki, gələn il də bu səviyyədə qalacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, hazırda neftin qiyməti 75 dollar civarında 10%-lik azalma və artım dəhlizində dəyişir: "Mənə elə gəlir ki, gələn il belə parametrlər qala bilər".

Novakın sözlərinə görə, bir çox analitiklər dünya iqtisadiyyatlarının davamlı artımını, tələbatın artacağını, neft hasil edən ölkələrin isə öz növbəsində hasilatı artıracağını proqnozlaşdırır.

"Ona görə də, mən hazırkı səviyyələrdən ciddi yayınmalara səbəb olacaq hər hansı risklər görmürəm", - deyə Baş nazirin müavini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR