İyunun 3-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,32% azalaraq 1 barelə görə 60,95 dollar təşkil edib.
ONA-nın məlumatına görə, iyunun 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,32% azalaraq 53,08 dollar təşkil edib.