ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,43% azalaraq, 1 barelə 95,78 dollar təşkil edib.
“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,56% azalaraq, 90,62 dollar təşkil edib.