Bank Of Baku

"Nord Stream 2 AG" sanksiyalara görə müflis ola bilər

"Nord Stream 2 AG" sanksiyalara görə müflis ola bilər
# 01 mart 2022 15:36 (UTC +04:00)

"Şimal Axını 2" qaz kəmərinin tikintisini aparan "Nord Stream 2 AG" şirkəti Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə müflis olmaq variantını nəzərdən keçirir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazır.

Məlumata görə, şirkət hazırda bir sıra öhdəlikləri həll etmək üçün maliyyə məsləhətçisi ilə işləyir və bu həftənin əvvəlində İsveçrə məhkəməsində rəsmi olaraq müflisləşmə proseduruna başlaya bilər.

Qeyd edək ki, "Şimal axını 2" qaz kəməri Rusiya sahillərindən Baltik dənizi üzərindən Almaniyaya qədər uzanır və ildə ümumi gücü 55 mlrd. kubmetr qaz olan iki xətdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR