Norveç hakimiyyəti Norveçin kontinental şelfində sərmayələri 18 mlrd. dollardan çox olan 19 neft və qaz layihəsinin həyata keçirilməsinə icazə verib.
Bu barədə “APA-Economics” krallıq hökumətinin məlumatına istinadən xəbər verir.
"Norveç kontinental şelfində on doqquz neft və qaz layihəsi "yaşıl işıq" aldı. Ümumi investisiya 200 mlrd. norveç kronundan (18 mlrd. dollardan çox) çoxdur. Layihələrə yeni işlənmələr, mövcud yataqların gələcək inkişafı və mövcud yataqlarda neftin çıxarılması layihələrinə investisiyalar daxildir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, bunlar Norveçin kontinental şelfində istehsalın yüksək və sabit səviyyəsinin saxlanmasına, eləcə də əhalinin məşğulluğunun təmin edilməsinə töhfə verən layihələrdir.