Bank Of Baku

Novak: Avropada qazın 4000 dollar qiymət səviyyəsi son hədd deyil

Novak: Avropada qazın 4000 dollar qiymət səviyyəsi son hədd deyil
# 23 mart 2022 14:24 (UTC +04:00)

Avropada hərraclarda qazın 1000 kubmetr üçün 4000 ABŞ dolları qiymət səviyyəsi son hədd deyil, çünki Avropada yeraltı anbarlardakı qazın həcmi keçən illə müqayisədə xeyli azdır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib.

O vurğulayıb ki, qiymət artımı və enerji resurslarının qıtlığına baxmayaraq, Avropa İttifaqı ABŞ-ın təzyiqi altında Avropa istehlakçılarının ziyanına “Şimal axını - 2” qaz kəmərini istismara verməkdən imtina edib.

A. Novakın sözlərinə görə, son bir ildə Avropada elektrik enerjisinin qiyməti 10 dəfə, qazın qiyməti 5 dəfə, neft məhsullarının, məsələn, Almaniyada qiyməti 40% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR