Dünyada enerji balansının strukturu tədricən dəyişəcək və bərpa olunan enerji mənbələrinin inkişafına böyük sərmayələr qoyulmağa davam edəcək.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Aleksandr Novak deyib.
"Hər kəs təxmin edirdi ki, sözün əsl mənasında sabah karbohidrogenlər gedəcək, hamı yalnız günəş və külək generasiyasından, hidrogendən və s. istifadə etməyə başlayacaq. Xeyr, bu, tədricən baş verəcək" - Aleksandr Novak qeyd edib.
Onun fikrincə, bu gün baş verən böhranlara baxmayaraq, bərpa olunan enerji mənbələrinə böyük investisiyaların yönəldilməsi davam edəcək: “Bununla belə, enerji balansının strukturu dəyişəcək".