Rusiya 30 il neftlə və ən azı 50 il təbii qazla təmin olunub.
"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Çin Enerji Sammitində deyib.
"Rusiyanın böyük neft və qaz ehtiyatları mövcuddur. İndiki şəraitdə və hasilat səviyyəsində Rusiyada neft ehtiyatları təqribən 30 ilə, qaz ehtiyatları isə 50 ilə bəs edəcək", - o deyib.
O bildirib ki, Rusiya uzunmüddətli perspektivdə neft və qaz ehtiyatlarını sata biləcəyinə əmindir: "İnanırıq ki, yaxın illərdə enerji bazarlarında bu resurslara tələbat olacaq".