Bank Of Baku

OECD ölkələrində kommersiya neft ehtiyatları 2,8 mlrd. bareli ötüb

OECD ölkələrində kommersiya neft ehtiyatları 2,8 mlrd. bareli ötüb
# 10 iyul 2024 16:38 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin mayında aprel ayı ilə müqayisədə 24,7 mln. barel artaraq 2 813 mln. barelə yüksəlib.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, aylıq artıma baxmayaraq qeyd olunan göstərici 2015-2019-cu illərin ortalama səviyyəsindən 142 mln. barel aşağıdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR