Bank Of Baku

OECD ölkələrində kommersiya neft ehtiyatları artıb

OECD ölkələrində kommersiya neft ehtiyatları artıb
# 18 yanvar 2024 10:23 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin noyabrında oktyabr ayı ilə müqayisədə 7,3 mln. barel çoxdur.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları noyabr ayının yekunlarına görə 2 819 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə - red.) 25 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 62 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 122 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR