Bank Of Baku

OECD ölkələrində kommersiya neft ehtiyatları artıb

OECD ölkələrində kommersiya neft ehtiyatları artıb
# 11 iyun 2024 16:30 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin aprelində mart ayı ilə müqayisədə 16,6 mln. barel artaraq 2 773 mln. barelə yüksəlib.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici ötən ilin aprel ayı ilə müqayisədə 49 mln. barel, son beşillik ortalama göstəricidən 110 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 154 mln. barel aşağıdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR