Bank Of Baku

OECD ölkələrində kommersiya neft ehtiyatları daha da azalıb

OECD ölkələrində kommersiya neft ehtiyatları daha da azalıb
# 13 dekabr 2023 17:15 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 12,8 mln. barel azalıb.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2 818 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə - red.) 45 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 66 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 128 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR